“Real Madrid”in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç cari mövsümün sonunda da karyerasını bitirmək fikrində deyil.
Oxu.Az xəbər verir ki, bu barədə idman jurnalisti Xose Feliks Dias məlumat verib.
O qeyd edib ki, 39 yaşlı xorvatiyalı hələ də yüksək səviyyədə çıxış etmək gücündə olduğunu sübut etmək və 2025-ci ilin yayında başa çatacaq müqaviləni bir daha uzatmaq niyyətindədir.
Futbolçunun 2026-cı ildə keçiriləcək dünya çempionatında da iştirak etmək niyyətində olduğu bildirilir.