Bakıda məktəbdə ölüm hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Səbail rayonu Badamdar qəsəbəsi S.Məmmədov küçəsində yerləşən 239 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbin gözətçisi 1962-ci il təvəllüdlü Kamal Cahangir oğlu Mahmudovun üzərində zorakılıq əlamətləri olmayan meyiti təhsil müəssisəsinin həyətində tapılıb.
Faktla bağlı araşdırma aparılır.