Türkiyədən gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb

Türkiyədən Azərbaycana gətirilən bioloji aktiv qida məhsulu partiyasında uyğunsuzluq aşkarlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində “Buğur” MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Evren İlaç Kozmetik San. ve Tic. LTD” şirkətinə məxsus “Leopard, kapsul №10” əmtəə nişanlı bioloji aktiv qida məhsulu (BAQM) partiyasından (13.02.2024-13.02.2027 istehsal və son istifadə tarixli) agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə uyğunsuzluq – “Tadalafil və Sildenafil” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Aşkarlanmış uyğunsuzluqla əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi üçün Türkiyə Respublikasının aidiyyəti dövlət qurumuna rəsmi məktub göndərilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More