Ukrayna Maliyyə Nazirliyində bomba həyəcanı

Ukrayna Maliyyə Nazirliyinin əməkdaşları bomba təhlükəsi barədə məlumat aldıqdan sonra Kiyevdəki binadan təxliyə ediliblər.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

“Mina təhlükəsi ilə bağlı məlumat almağımızla əlaqədar olaraq, müvafiq cavab tədbirlərinin görülməsi üçün Maliyyə Nazirliyinin binasını tərk etməyinizi xahiş edirik”, – nazirlikdən əməkdaşlara verilən xəbərdarlıqda bildirilib.

Qeyd edək ki, bu gün Ukraynanın Lissabondakı (Portuqaliya) səfirliyi də analoji səbəbdən boşaldılıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More