Mingəçevir şəhərində 500 məcburi köçkün ailəsinin məskunlaşdığı qəsəbənin kanalizasiya xəttində baş vermiş tıxanma aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, sözügedən məsələ ilə bağlı sukanal idarəsinə məlumat daxil ola kimi qəza briqadası problemi aradan qaldırıb:
“Həmin binada Mənzil-Kommunal Təsərrüfatı Birliyi fəaliyyət göstərir. Bu birlikdən sukanal idarəsinə məlumat daxil olan kimi qəza briqadası hadisə yerinə gedib və intensiv yağışın nəticəsində kanalizasiya xəttində baş verən tıxanma aradan qaldırılıb. Hazırda həmin ərazinin kanalizasiya xəttinin fəaliyyətində heç bir problem yoxdur”.
Xatırladaq ki, ötən gün sözügedən ərazinin sakini Oxu.Az-a şikayət ünvanlayaraq bildirib ki, qəsəbədə kanalizasiya suyu ətrafa axıdılır, aidiyyəti quruma müraciət edilməsinə baxmayaraq 5 gündür ki, problem həll edilmir.
Aygün Mirakif