Laçının üç qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq

“Gələn il Laçın rayonunun üç qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq”.

“Report” xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

“Xidmət layihələndirmə işləri üzrə yeddi müqavilə üzərində işləri davam etdirir. Artıq üç müqavilə imzalanıb. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik. Qorçu qəsəbəsində, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”, – deyə o qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More