UEFA Millətlər Liqasında IV tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə səkkiz görüş baş tutub.
A liqasında İspaniya doğma azarkeşləri önündə Serbiya ilə qarşılaşıb. Pireneylilər balkanlıların qapısına 3 cavabsız top vurublar – 3:0. Bu azmış kimi, serblər oyunun sonluğunu azlıqda keçirməli olublar. İspanlar isə bu qələbə sayəsində pley-offa adlayıblar.
Şotlandiyada yerli komanda ilə üz-üzə gələn Portuqaliya ev sahiblərinin müqavimətini qıra bilməyib – 0:0. Ulduz hücumçu Kriştianu Ronaldunun meydanda olması da, qonaq komandaya kömək etməyib.
Polşa-Xorvatiya oyununda altı qol vurulub. Polyaklar xorvatların geridönüşünə imkan verməyiblər. Qolların bolluğuna baxmayaraq, matçda qalib müəyyənləşməyib – 3:3.
A liqasının digər görüşündə İsveçrə Danimarka ilə heş-heçə edib – 2:2.
Millətlər Liqasının B liqasında isə Belarus Lüksemburqla (1:1) “sülh bağlayıb”.
Kosovo evdə Kiprdən (3:0), Rumıniya səfərdə Latviyadan (1:2) üstün olub.
Şimali İrlandiya isə Bolqarıstanı darmadağın edib – 5:0.