Sağlamlıq, gənclik və uzunömürlülük üçün ən faydalı beş ləpə

Qoz-fındıq təkcə dadlı qəlyanaltı deyil, həm də vitaminlər, minerallar və faydalı yağların əsl xəzinəsidir.

Oxu.Az-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Yelena Çurakina danışıb.

O, qida rasionuna daxil etməyə dəyər beş ən faydalı ləpə haqqında məlumat verib.

Mütəxəssisin sözlərinə görə, qoz tərkibində “omega-3” yağ turşuları, həmçinin “E”, “PP”, “K” və “B” qrupu vitaminlərinin miqdarına görə liderdir.

“Qoz ürək-damar xəstəlikləri riskini azaltmağa, yaddaşı və diqqəti yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, qoz kalsium, maqnezium, fosfor və manqanla zəngindir ki, bu da sümük toxumasının möhkəmlənməsinə kömək edir”, – deyə o bildirib.

Endokrinoloq faydalı ləpələr siyahısında ikinci yerdə badamın adını çəkib:

“Badam orqanizmi oksidləşmə proseslərindən qoruyan və dərinin gəncliyini qorumağa kömək edən təbii antioksidantlar – “A”, “C”, “E” və “B” qrupu vitaminləri ilə zəngindir. Badam həmçinin lif, maqnezium, dəmir və kalsiumla zəngindir ki, bu da normal həzm, diş və sümük sağlamlığına kömək edir”.

Onun sözlərinə görə, fındıq “pis” xolesterinin səviyyəsini azaldan mono-doymamış yağların və beyin fəaliyyətini yaxşılaşdıran, yaşla əlaqəli xəstəliklərin riskini azaldan çoxlu doymamış yağ turşularının mənbəyidir.

“Keşyu isə immuniteti gücləndirən sink, həmçinin sümük sağlamlığı üçün kalsium, maqnezium, mis və selen ehtiva edir. Keşyunun tərkibindəki mono-doymamış və çoxlu doymamış yağlar qanda normal xolesterin səviyyəsini saxlamağa kömək edir”, – deyə diyetoloq davam edib.

Endokrinoloq bildirib ki, sidr qozu amin turşularının, o cümlədən insan üçün vacib olan səkkiz əvəzolunmaz amin turşusunun tərkibinə görə rekordçudur.

“Yüksək triptofan tərkibi sayəsində sidr qozu əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırır. Bu qozun tərkibindəki fenol birləşmələri ürək-damar xəstəlikləri riskini azaldır, keyfiyyətli zülal isə orqanizmi tez doyurur və həzmi stimullaşdırır”, – deyə həkim sözlərini yekunlaşdırıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More