67 gün Oxot dənizində qayıqda həyatda qalmaq uğrunda mübarizə aparan Mixail Piçuqin başına gələnlərdən danışıb.
Oxu.Az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.
Həvəskar səyyah bildirib ki, o, yağış suyu içib, noxudla qidalanıb.
“Su və qida ehtiyatı iki həftə üçün nəzərdə tutulmuşdu. Bundan sonra yağış suyunu toplamalı oldum. Üstəlik noxudu isladıb istifadə etməli idim ki, uzun müddət çatsın”, – deyə M.Piçuqin bildirib.
M.Piçuqin əlavə edib ki, lövbər ona tufan zamanı batmamağa kömək edib.
Xatırladaq ki, ötən gün Rusiyada qayıqla Xabarovsk diyarından Saxalin sahillərinə səyahətə çıxan, lakin bir müddət sonra itkin düşən üç nəfərin taleyinə aydınlıq gəlib. Onlar “Angel” (Mələk) gəmisinin heyəti tərəfindən təsadüf nəticəsində aşkar ediliblər. Məlum olub ki, qayıqda olan iki nəfər həyatını itirib, bir nəfər sağ qalıb.