Rusiya müvəqqəti yaşamaq icazəsinin verilməsi üzrə kvotanı azaldıb

Rusiya hökuməti əcnəbilərin ölkədə müvəqqəti yaşaması üçün nəzərdə tutulan kvotanı azaldıb.

Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.

Belə ki, 2025-ci ildə Rusiya Federasiyasında müvəqqəti yaşamaq üçün icazələrin verilməsi üçün subyektlər arasında bölüşdürülmüş kvota 5.5 min təşkil edəcək.

Qeyd olunur ki, bu, 2024-cü illə müqayisədə təxminən iki dəfə azdır. Ən çox kvota Moskva şəhərinə və Moskva vilayətinə veriləcək.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More