Elnur Soltanov: “Qadınlar daha çox məişət həyatına sıxışdırılıblar”

“Qadınlar daha çox məişət həyatına sıxışdırılıblar”.

Oxu.Az xəbər verir ki, bunu COP29-un Azərbaycan üzrə baş icraçı direktoru, energetika nazirinin müavini Elnur Soltanov “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, siyasi cəhətdən yanaşdıqda qadınlar zəif halqadır:

“Buna səbəb onların qərarvermədə daha asılı halda qalmalarıdır. İqtisadi fəaliyyətdə adətən kişilər pula çevrilə bilən fəaliyyətlə məşğuldurlar. Qadınlar daha çox məişət həyatına sıxışdırılıblar. Məişət həyatındakı işlər iqtisadi həyatdakı işlərdən çətin olmasına baxmayaraq, onun pul dəyəri yaranmayıb. Bütün anlamda yük qadınların çiynindədir. Qadınların qərarvermədə yer aldığı məhdudiyyət monofizit olmayan işlərdə fəaliyyətə təsir edir”.

E.Sultanov, həmçinin qeyd edib ki, sosioloji və qabiliyyət nöqteyi-nəzərindən yanaşanda biz görürük ki, qadınlar daha çox həlak olurlar:

“Məsələn, tufanlar olan zaman kişilər ağaca dırmanır, üzməyi bacardığı üçün xilas olurlar. Lakin qadınlar onlarla müqayisədə bunu bacara bilmirlər və ölüm riski daha yüksək olur”.

Aygün Mirakif

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More