Bakının Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbə elektrik enerjisinin verilməsində yaranmış fasilə ilə bağlı aidiyyəti üzrə müvafiq qurumlara müraciət olunub.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Qeyd olunub ki, məsələnin qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər həyata keçirilir:
“Məktəbdə tədris prosesi davam edir”.
Məlumat üçün bildirək ki, məktəbdə övladı təhsil alan valideynlər təhsil müəssisəsində üç gündür elektrik enerjisinin olmaması ilə bağlı müraciət edib.