Dördayaqlı alpinist: İt qaydaları pozaraq Xeops zirvəsini fəth etdi

Misirdə maraqlı bir hadisə baş verib: it dünyanın yeddi möcüzəsindən biri hesab edilən qədim Xeops piramidasının zirvəsinə müstəqil şəkildə dırmaşmağı bacarıb.

Oxu.Az-ın verdiyi məlumata görə, alpinist-itlə bağlı video sosial şəbəkələrdə sürətlə yayılaraq istifadəçilərin heyranlığına səbəb olub.

Kadrlarda itin nə vaxtsa dünyanın ən hündür tikilisi hesab olunan piramidanın daş bloklarına məharətlə dırmaşdığı görünür. Cəmi bir neçə dəqiqə ərzində o, ehramın ən yüksək nöqtəsinə çatır.

Qeyd edək ki, təxminən e.ə. 2560-cı ildə tikilmiş Xeops piramidasının hündürlüyü 147 metrdir. Yuxarıya çatdıqdan sonra it yaxınlıqdan uçan quşları qovaraq ucadan hürməyə başlayıb.

Yeri gəlmişkən, it bu zirvənin fəthi ilə qaydaları ciddi şəkildə pozub: Misirdə 118 piramidanın hər hansı birinə qalxmaq ciddi şəkildə qadağandır. Turistlər bu qədim abidələrin zirvələrini yalnız paraplanla quş uçuşu hündürlüyündən seyr edə bilərlər.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More