Gədəbəydə meyiti tapılan şəxslə bağlı istintaqa çağrıldılar – Həbs olundular

Gədəbəydə yarğanda tapılan kişi meyiti ilə bağlı dindirilən şəxslər həbs ediliblər.

“Qaynarinfo”nun məlumatına görə, oktyabr ayının 9-da rayonun İnəkboğan kənd sakini, 1980-ci il təvəllüdlü Araz İsa oğlu Qasımovun meyiti çay kənarında tapılıb.

Kənddən keçən İnəkboğan çayının yarğanından tapılan meyitin üzərində xəsarətlərin olması müəyyənləşib.

Araz Qasımovun ölümü ilə bağlı əməliyyat-istintaq marağı kəsb edən kənd sakinləri – 1983-cü il təvəllüdlü T.İ. və 1974-cü il təvəllüdlü C.İ. Gədəbəy Rayon Polis şöbəsinə dəvət olunub. Lakin onlar qanunun tələblərini anlamadan, polis əməkdaşlarının çağırışına etiraz əlaməti olaraq polis şöbəsində səs-küy salıblar.

Məhkəmənin qərarı ilə hər iki şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə həbs ediliblər.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More