Müğənni Cennifer Lopes Hollivud aktyoru Ben Affleklə boşanandan sonra əməliyyat etdirməyə qərar verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Radar Online” nəşri ulduzların yaxınlarına istinadla xəbər verib.
Bildirilib ki, Lopes Afflekə kimi itirdiyini göstərmək üçün həmişəkindən daha yaxşı görünmək istəyir. Mənbənin sözlərinə görə, müğənni bu yaxınlarda Kaliforniyadakı “Dello Russo Laser Vision” klinikasında LASIK üsulu ilə görmə korreksiyası etdirib.
“Cen eynək və kontakt linzalardan qurtulmaq istəyirdi, o, hər şeyə yenidən başlamaq və həyata yeni baxışla baxmaq istəyir. O qərara gəldi ki, yalnız özü üçün nəsə etmək vaxtı gəlib”, – deyə mənbə bildirib.
Mənbə vurğulayıb ki, əslində Lopes görmə korreksiyası əməliyyatını çoxdan etdirmək istəyirdi, lakin Ben Affleklə münasibətlərinə və işinə diqqət yetirdiyi üçün təxirə salırdı.
Ulduzun yaxın dostu deyib ki, müğənni indi görməsindən məmnundur.