Sürücülər avtomobillərini park etdikdən sonra SMS vasitəsilə ödəniş edirlər.
Bir saatın tamam olmasına az qalmış isə onlara parklama müddətinin ikinci saata keçməsi ilə bağlı bildiriş gəlir.
Sürücülərin sözlərinə görə, bildirişin vaxt tamam olmamış gəlməsi səbəbindən onlarda elə fikir yaranır ki, parklanma müddəti ikinci saata keçib.
Baku TV-nin əməkdaşı sürücüləri narahat edən məsələnin reallığı nə dərəcədə əks etdirdiyini aydınlaşdırıb.
Məlum olub ki, bildirişin vaxtından daha əvvəl göndərilməsi xəbərdarlıq xarakteri daşıyır və sürücülərdən ikinci saatın ödənişi tələb olunmur.
Daha ətraflı süjetdə:
Bakıda sürücüləri narahat edən problem – Bildiriş vaxtından əvvəl gəlir