2024-cü ilin 11-13 oktyabr tarixlərində Rusiya Federasiyasının Rostov şəhərində döyüş sənətləri (koşiki karate-do idman növü) üzrə “Avrasiya Kuboku 2024” beynəlxalq festival-turnir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasından məlumat verilib.
Bildirilib ki, adıçəkilən turnirdə kata və kumite növləri üzrə yarışlarda federasiyanın baş məşqçisi Nazim Mövsümzadənin rəhbərliyi ilə Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının 3 məşqçi (Nazim Mövsümzadə, Sevinc Mövsümzadə, Kənan İsmayılzadə) və 10 idmançıdan ibarət yığma komandası da iştirak edib və hər zaman olduğu kimi ölkəmizin idman şərəfini layiqincə qoruyaraq qürurverici nailiyyətlərlə Vətənə qayıdıb.
Qeyd edək ki, Azərbaycan İdman İstedadları Akademiyasının (ASTA) və “Bolmart” supermarketlər şəbəkəsinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin təşkilati dəstəkləri ilə yarışlara qatılaraq uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi baxımdan sağlam ruhda tərbiyə olunmalarını təşviq və təbliğ etdirən bu əhəmiyyətli festival-turnirdə də həmişə olduğu kimi yüksək nəticələr göstərən idmançılarımız son zamanlar mötəbər beynəlxalq yarışlarda əldə olunan böyük uğurların, parlaq nailiyyətlərin heç də təsadüfi olmadığını, federasiyanın yüksələn inkişaf xətti üzrə inamla irəlilədiyini bir daha sübut ediblər.
Kubok yarışlarında 7 iştirakçı dövlət yer alıb. Rusiya, Azərbaycan, Osetiya, Özbəkistan, Qazaxıstan, Belarus və Abxaziyadan olan 500-ə yaxın idmançının da qatıldığı turnirin nəticələrinə əsasən idmançılarımız kata və kumite yarışlarında 8 qızıl, 4 gümüş və 3 bürünc medal qazanaraq komanda hesabında 1-ci yerə layiq görülüb.
Kata üzrə nəticələr aşağıdakı kimidir:
Xədicə Nazim qızı Mövsümzadə (6-7 yaşlar arasında) – 1-ci yer;
Fuad Əlibala oğlu Salayev (10-11 yaşlar arasında) – 2-ci yer;
Məhəmməd Aydın oğlu Babayev (10-11 yaşlar arasında) – 3-cü yer;
Zeynəb Nazim qızı Mövsümzadə (12-13 yaşlar arasında) – 1-ci yer;
Ramal Arif oğlu Fətullayev (16-17 yaşlar arasında) – 2-ci yer;
Kənan İsmayıl oğlu İsmayılzadə (böyüklər arasında) – 1-ci yer;
Sevinc Nazim qızı Mövsümzadə (böyüklər arasında) – 1-ci yer;
Nazim Gülağa oğlu Mövsümzadə (veteranlar arasında) – 1-ci yer.
Kumite üzrə nəticələr isə belədir:
Xədicə Nazim qızı Mövsümzadə (6-7 yaşlar arasında), -25kq çəki dərəcəsində – 1-ci yer;
Məhəmməd Aydın oğlu Babayev (10-11 yaşlar arasında), -30kq çəki dərəcəsində – 2-ci yer;
Zeynəb Nazim qızı Mövsümzadə (12-13 yaşlar arasında), -45kq çəki dərəcəsində – 3-cü yer;
Xənifə-Amil Ramil oğlu Balayev (12-13 yaşlar arasında), +55kq çəki dərəcəsində – 3-cü yer;
Teymur Rövşən oğlu Məmmədov (12-13 yaşlar arasında), -45kq çəki dərəcəsində – 1-ci yer;
Kənan İsmayıl oğlu İsmayılzadə (böyüklər arasında), -65kq çəki dərəcəsində – 2-ci yer;
Vüsal Akif oğlu Əliyev (böyüklər arasında), +85kq çəki dərəcəsində – 1-ci yer.
Məlumatda, həmçinin qeyd olunub ki, dövlətlər arasında idman sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı üçün komandamızın bu kimi turnirlərdə iştirakı çox vacibdir və idmançılarımızın beynəlxalq miqyaslı gələcək yarışlara hazırlıq səviyyəsinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir:
“İdmançılarımızın davamlı olaraq beynəlxalq arenalarda belə uğurlu nəticələr əldə etmələrinə görə daim idmana və idmançılara böyük qayğı ilə yanaşan ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, bundan sonra da idmançılarımız qalib ölkəmizin idman şərəfini hər zaman layiqincə qoruyaraq yüksək nailiyyətlər əldə etmək üçün böyük əzmlə çalışacaqlar. Bu arada əlbəttə idmançılarımızın yarışlara lazımi səviyyədə hazırlığında Azərbaycan Koşiki Karate-do Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadənin, federasiyanın prezidenti Rafael Bunyatovun, birinci vitse-prezident Yuri Mustafayevin, vitse-prezidentlər Vəliyulla Bunyatov və Ənvər Həzərxanovun, habelə yığmanın baş məşqçisi Nazim Mövsümzadənin əvəzsiz xidmətlərini də qeyd etmək yerinə düşər.
Bundan əlavə federasiya rəhbərliyi adından bu cür mötəbər yarışlarda iştirak üçün bizə daim köməklik göstərən, diqqət və qayğılarını bizdən əsirgəməyən Gənclər və idman naziri Fərid Qayıbova və “Azərbaycan Karate Federasiyası” İctimai Birliyinin prezidenti Ülvi Quliyevə öz təşəkkürümüzü və ehtiramımızı bildiririk.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər sahələrlə yanaşı idman sahəsinə də misilsiz diqqət və qayğısı onu göstərir ki, ölkəmizdə bütün idman növləri bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız mötəbər beynəlxalq yarışlarda davamlı olaraq böyük müvəffəqiyyətlər, inamlı nailiyyətlər qazanacaqlar”.