Meksikada şəhər meri evində bıçaqlanaraq öldürüldü

Meksikanın Kandelaria-Loksiça şəhərinin meri Roman Ruis Boxorkes evinin qarşısında bıçaqlanaraq öldürülüb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə ren.tv məlumat yayıb.

O, son on gün ərzində Meksikanın cənubunda qətlə yetirilmiş ikinci bələdiyyə başçısı olub. Oktyabrın 6-da Çilpansinqo şəhərinin müxalifətçi meri Alexandro Arkos başı kəsilərək öldürülmüşdü. Cinayətkarlar hələ də tapılmayıblar.

Oaxaka ştatının qubernatoru Salomon Xara sosial şəbəkələrdə ikinci bələdiyyə başçısının ölümünü təsdiqləsə də, məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More