Meksika sahillərində güclü zəlzələ

Meksika sahillərində 5.9 bal gücündə zəlzələ qeydə alınıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeraltı təkanların episentri 160 minə yaxın sakinin yaşadığı Mansanilyo şəhərindən 279 kilometr cənub-qərbdə olub. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More