Hacıqabulda dəmir parçası 37 yaşlı kişini ÖLDÜRDÜ

Hacıqabulda 37 yaşlı kişinin üzərinə dəmir düşərək ölüb.

“Report”un məlumatına görə, hadisə rayonun Rəncbər kəndində qeydə alınıb.

Belə ki, Astara rayon sakini, 1987-ci il təvəllüdlü Vladimir Mirzəqəni oğlu Ramazanov dəmir kəsərkən üzərinə metal parçası düşüb və ağır yaralanıb.

O, xəstəxanaya aparılarkən yolda vəfat edib.

Məlumata görə, V. Ramazanov dəmir qırıntılarını yığmaqla məşğul olub.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More