Qaradağ rayonunun Lökbatan qəsəbəsində öldürülən İlham Haqverdiyevlə bağlı bəzi detallar məlum olub.
Belə ki, bu barədə “ATV” televiziya kanalında yayımlanan “Bizimləsən” verilişində müzakirələr olunub.
Efirə birbaşa bağlanan mərhumun keçmiş sevgilisi Günay bildirib ki, öldürülmədən üç saat əvvəl İ.Haqverdiyevlə telefonla danışıblar:
“Əvvəllər bir-birimizi sevirdik. Daha sonra aramızda kiçik söz-söhbətlər olub. İlham dünyasını dəyişmədən bir ay əvvəl bizim əlaqəmiz kəsilib. Martın 6-da saat 00:15-də mənə zəng etdi ki, gəlim danışaq, dedim ki, gecdir. Qonşuluqda yaşayır. Daha sonra öyrəndim ki, İlham evimizin yaxınlığındakı kafedə olub. Rəfiqəmlə telefonla danışırdım, binanın həyətindən səs-küy eşidildi. Hadisəni videoya çəkməyə başladım. İlhamın adını eşitdim. Rəfiqəmin qardaşı İlhamın dostudur. Dedim ki, düşüb aşağı baxsın ki, nə məsələdir. 5 nəfər İlhamla mübahisə edirdilər. Mən həyətə düşənə qədər İlhamı ürəyindən və kürəyindən vurmuşdular. Onu xəstəxanaya aparırdılar. Daha sonra zəng etdilər ki, İlham dünyasını dəyişib”.
Ətraflı süjetdə:
Bakıda gənc sevdiyinin qapısında öldürüldü: Qız isə anbaan lentə aldı – DETALLAR