Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postunda Seymur Salahovun idarə etdiyi “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən xəbərə görə, sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, S.Salahov məsuliyyətdən yayınmaq məqsədilə tabesizlik göstərərək hadisə yerini tərk edib.
Görülən tədbirlərlə S.Salahov saxlanılıb və onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib.
Məhkəmənin qərarı ilə S.Salahov 2 ay müddətində inzibati qaydada həbs olunub.
Narkotikin təsiri altında olan sürücü polisdən qaçmağa çalışdı – HƏBS OLUNDU