ABŞ-nin vitse-prezidenti və Demokrat Partiyasından ali dövlət vəzifəsinə namizəd Kamala Harris bəyan edib ki, noyabr seçkisində qalib gələcəyi təqdirdə Co Baydenin prezidentlik kursunu davam etdirməyəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, “Fox News” telekanalına müsahibəsində bəyan edib.
“Mənim prezidentliyim Co Baydenin prezidentlik kursunun davamı olmayacaq. Səlahiyyətlərinin icrasına başlayan hər hansı digər prezident kimi mən də öz həyat və peşə təcrübəmi, həmçinin yeni ideyalarımı gətirəcəyəm”, – deyə Harris bildirib.
Onun sözlərinə görə, hazırkı Prezident Co Baydendən fərqli olaraq onun karyerasının böyük hissəsi Vaşinqtondan kənarda keçib. Vitse-prezident, həmçinin liderlərin yeni nəslini təmsil etdiyini vurğulayıb.