Rusiyanın keçmiş baş narkoloqu yeddi il həbs cəzasına məhkum edilib

Moskvanın Kuzminki Rayon Məhkəməsi Rusiyanın keçmiş baş narkoloqu Yevgeni Bryunu dələduzluq yolu ilə 136 milyon rubldan çox məbləğin mənimsənilməsi işi üzrə yeddi il azadlıqdan məhrum edib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

“Bryun Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə iri məbləğdə dələduzluq) üzrə təqsirli bilinərək, ona ümumi rejimli koloniyada çəkilməklə yeddi il azadlıqdan məhrumetmə cəzası təyin edilsin”, – deyə hakim hökm oxuyub. Məhkəmə, həmçinin keçmiş narkoloqu 2.5 il müddətinə dövlət orqanlarında işləmək hüququndan məhrum edib və ona 850 min rubl (14 881 manat) məbləğində cərimə təyin edib.

Bryun məhkəmə zalında həbs edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More