Fərid Qayıbov: “Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik”

“Bu gün Füzulidə əsl bayram ab-havasıdır. Həm şəhərin işğaldan azad olunma günüdür, həm də beynəlxalq turnir təşkil edilir”.

Oxu.Az xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov ilk dəfə işğaldan azad olunmuş Füzuli şəhərində keçirilən reqata barədə jurnalistlərə açıqlamasında deyib.

“Daha əvvəl Qarabağ bölgəsində beynəlxalq turnirlər keçirilib. Reqata isə ilk dəfədir Füzuli şəhərində təşkil olunur. Sevindirici haldır ki, son bir həftə ərzində Azərbaycanda iki böyük beynəlxalq yarış – “TeamGym” üzrə 15-ci Avropa çempionatı və “Mingəçevir Reqatası” baş tutur. Bu da ölkəmizdə idmanın ildən-ilə inkişafının göstəricisidir.

Hər kəs buradadır. Hiss olunur ki, iştirakçılar, izləyicilər xoşbəxtdirlər. Ümid edirik ki, gələcəkdə bu reqataya qatılan idmançıların sayında artım olacaq. Bilirsiniz ki, Bakı 2026-ci ildə dünyanın idman paytaxt seçilib. Federasiyalarla birlikdə yerli və beynəlxalq yarışları keçirməyə davam edəcəyik”.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirinə oktyabrın 18-də yekun vurulacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More