Gəncə şəhər Məhsəti qəsəbəsində yağış suları küçələrə dolub, yollarda hərəkət çətinləşib.
“Report”un məlumatına görə, gecə saatlarında yağan güclü yağış Gəncə şəhərində bəzi küçələrdə fəsadlar törədib.
Şəhərin Məhsəti qəsəbəsində bir neçə küçəyə yağış suları dolub. Avtomobil və piyadaların hərəkətində çətinliklər yaranıb.
Şəhər ərazisində hazırda yağıntılı hava şəraiti müşahidə olunmur.