Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.
2020-ci il oktyabrın 17-də erməni silahlı birləşmələrinin Gəncə şəhərini gecə saat 1 radələrində “Skad” ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs həlak olub, 55 nəfər yaralanıb.
Terror nəticəsində beş doğmasını itirən şahid Teymur Sərkarov həmin dəhşətli günü xatırlayıb:
“Raketin atıldığını eşitdim. Baxanda dedim ki, bu tüstü atamgildən çıxdı. Qonşunun maşınına minib getdik. Nigarla Sevili dağıntıların altından özüm çıxardım. Həmin gün Narinin doğulmasından 10 ay keçirdi. Onu anasının qoynunda dəfn etdik. Oktyabrın 18-də isə Nigarın doğulduğu gün idi. Onun 15 yaşını da məzarının yanında keçirdik”.
Ramiz Qəhrəmanov isə hücum nəticəsində qızını və üç nəvəsini itirib.
“Səsə oyandım. Durub baxdım ki, hər tərəf dağılıb. Övladımı, nəvələrimi çağırdım, heç birindən cavab gəlmədi. Bu, unudulmaz yaradır”, – deyə yaşadığı dəhşətdən danışan şahid ağlayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
“Nigarın 15 yaşını məzarının yanında keçirdik” – Gəncə terrorunun şahidləri danışdılar