Səyyah: “Qədim Şuşa şəhəri məndə böyük təəssürat yaratdı”

“Qədim Şuşaya səfər məndə böyük təəssürat yaratdı, Azərbaycan xalqına görə qürur və sevinc hissi yaşadım”.

“Report” xəbər verir ki, bunu gürcüstanlı səyyah Afik İsmayılov deyib.

“Şuşanı görəndə keçirdiyim hissləri təsvir etmək mümkün deyil. İşğal olunduğu günü xatırlayıram, o vaxt hələ Bakıda oxuyurdum. Xoşbəxtəm ki, bu gözəl şəhəri ziyarət etmək imkanım oldu”, – o bildirib.

A.İsmayılov Ermənistanın işğal illərində yerləşdirdiyi çoxsaylı minalara görə Azərbaycanın üzləşdiyi mina probleminə də toxunub:

“Buna barbarlıqdan başqa bir şey demək olmaz. Müharibə çoxdan bitib, amma dinc insanlar həlak olur. Bu, böyük bədbəxtlikdir”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More