Rusiya Dövlət Duması plenar iclasda uşaq doğumundan imtina etmənin ictimai təbliğatını – yəni “childfree” (şüurlu şəkildə uşaq sahibi olmamaq istəyi) ideologiyasını qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə TASS xəbər yayıb.
Təşəbbüs parlamentin hər iki palatasının sədrləri – Vyaçeslav Volodin və Valentina Matviyenko başda olmaqla bir qrup deputat və senator tərəfindən irəli sürülüb.
Qanun layihəsi uşaq doğmaqdan imtina təbliğatının internetdə, mediada, filmlər və reklamlarda yayılmasını qadağan etməyi təklif edir.
Qanun qəbul edilərsə, uşaqsızlıq təbliğatı olan saytlar “Roskomnadzor”un (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) qadağan olunmuş məlumatların vahid reyestrinə daxil ediləcək. Sosial şəbəkə sahibləri bu cür məzmunu aşkar etmək üçün monitorinq aparmağa məcbur olacaqlar.