30-40 ildir Qazax sakinlərini boğaza yığan asfalt PROBLEMİ

Qazaxın Fərrux ağa Qayıbovun adını daşıyan mərkəzi küçəsi problemlərlə üzləşir.

Belə ki, küçədə nə asfalt, nə də işıqlandırma mövcuddur. Hər yeri palçıqlı vəziyyətdə olan küçə gecə saatlarında qaranlığa qərq olur.

Sakinlər bildirirlər ki, axşam saat 8-dən sonra evdən çölə çıxa bilmirlər, çünki küçə qaranlıq olduğu üçün hərəkət etmək mümkün deyil. Onlar məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problem həll olunmayıb.

“35-40 ildir ki, burada belə vəziyyətdə yaşayırıq. Heyvan saxlayırlar, peyin yağışla bərabər küçədən axır. Qoxudan durmaq olmur. Bilmirik, kimə müraciət edək. Dərdimizlə maraqlanan yoxdur. Yolumuz bərbad vəziyyətdədir, nəvələrimizi məktəbə apara bilmirik, palçığa batırıq”, – deyə sakin narazılığını bildirib.

Ətraflı Baku TV-nin süjetində:

30-40 ildir Qazax sakinlərini boğaza yığan asfalt PROBLEMİ


30-40 ildir Qazax sakinlərini boğaza yığan asfalt PROBLEMİ




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More