21-ci əsrin ən yaxşı transferləri müəyyənləşib

2000-ci ildən bəri ən yaxşı futbol transferlərinin reytinqi təqdim edilib.

Oxu.Az xəbər verir ki, reytinqi “Goal” nəşri hazırlayıb.

Siyahıda birinci yeri 2003-cü ildə portuqaliyalı hücumçu Kriştianu Ronaldunun 12 milyon funt-sterlinqə İngiltərənin “Mançester Yunayted” klubuna transferi tutub.

İlk üçlüyə, həmçinin Ceymi Vardinin 1.7 milyon funt-sterlinqə İngiltərənin “Lester” klubuna və Samuel Eto’Onun 38.5 milyon funt-sterlinqə İtaliyanın “İnter” klubuna keçidi daxildir. Siyahıda Zlatan İbrahimoviçin də adı yer alıb.

“Goal”a görə 21-ci əsrin ən yaxşı 5 transferi:

1. Kriştianu Ronaldu (“Mançester Yunayted”);

2. Ceymi Vardi (“Lester”);

3. Samuel Eto’O (“İnter” Milan);

4. N’Qolo Kante (“Lester”, “Çelsi”);

5. Riyad Marez (“Lester”).



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More