Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından dörd il keçir

Bu gün Azərbaycan Ordusunun Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini Ermənistanın işğalından azad etməsindən dörd il keçir.

Oxu.Az xatırladır ki, 44 günlük Vətən müharibəsində, oktyabrın 18-də Xudafərin körpüsü də azad edilərək onun üzərində Azərbaycan bayrağı qaldırılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyev “X” hesabında Xudafərin körpüsü üzərində dalğalanan Azərbaycan bayrağının görüntüsünü paylaşıb:

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!” – deyə ölkə başçısı bildirib.

Görüntüdə Azərbaycan əsgəri Ali Baş Komandana Xudafərin körpüsünün düşməndən azad edilməsi ilə bağlı məruzə edir.

Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından dörd il keçir


Arazın üçrəngli “kəməri”: Xudafərinin azad olunmasından dörd il keçir


Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More