“ABŞ prezidentliyinə namizəd Kamala Harris hakimiyyətə gələrsə, ölkə “Dəli Maks” antiutopik film seriyasından nüvə xarabalığına çevrilə bilər”.
ABŞ-li sahibkar İlon Mask hadisələrin belə inkişafını proqnozlaşdırıb.
Oxu.Az bu barədə “Bloomberg”ə istinadən xəbər yayır.
Agentliyin məlumatına görə, milyarder miqrantların axını səbəbindən ABŞ və Meksika sərhədindəki vəziyyəti zombi-apokalipsislə müqayisə edib. O əlavə edib ki, Harrisin dövlət başçısı seçkisində qələbəsi ABŞ-ni tamamilə “Dəli Maks”dakı vəziyyətə çevirəcək. O bununla da sivilizasiyanın süqutundan sonra postapokalipt xarabalıqda baş verən kino kainatına işarə edib.
“Düşünürəm ki, bu seçki ABŞ-nin taleyini həll edəcək. ABŞ-nin taleyi ilə birlikdə Qərb sivilizasiyasının taleyini də”, – deyə Mask əlavə edib.