HƏMAS liderinin ölümünün gözlənilməz təfərrüatı: BMT pasportu, konfetlər və böyük məbləğdə pul

Fələstin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri Yəhya Sinvarın məhv edilməsi işində yeni faktlar üzə çıxıb. Belə ki, HƏMAS liderinin ölümü zamanı onun üzərində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) əməkdaşının pasportu aşkar edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “The Jerusalem Post” qəzetində xəbər verilib.

Bundan əlavə, Sinvarın şəxsi əşyaları arasında “Mentos” konfetləri və böyük məbləğdə pul – 40 min şekel (təxminən 10.7 min dollar) tapılıb.

Xatırladaq ki, Yəhya Sinvar oktyabrın 16-da İsrail hərbçilərinin Qəzza zolağının cənubunda keçirdiyi əməliyyat zamanı məhv edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More