Komitə sədri: “Demək olar ki, bütün bölgələrdə ilkin tibbi yardımla bağlı problemlər var”

“Bölgələrdə ilkin tibbi yardımla bağlı ciddi problemlər var”.

Oxu.Az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu məsələ ən çox səslənən problemlərdən biridir:

“Demək olar ki, bütün rayonlarda bu problemlər var: birincisi tibb məntəqələrinin maddi-texniki bazasının yox dərəcəsində olması, ikincisi isə kadr çatışmazlığı. Bu baxımdan, Səhiyyə komitəsi olaraq qərara almışıq ki, dekabr ayında Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi ilə birgə Milli Məclisdə dinləmə keçirək”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More