Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə rayon ərazisində avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması istiqamətində tədbir həyata keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BŞDYPİ məlumat yayıb.
Bildirilib ki, keçirilən tədbirlər zamanı avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti barədə sürücü və sahibkarlarla mütəxəssislərin iştirakı ilə maarifləndirici söhbətlər aparılıb, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.