“Moskva, Ankara və Tehran Bakı ilə İrəvana sülh müqaviləsi üzərində işi başa çatdırmaq üçün “3+3″ platformasından istifadə etməyi təklif edib”.
Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O qeyd edib ki, burada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması mühümdür və bu proses istənilən halda Bakı ilə İrəvan arasındakı prosesə bağlıdır.
“Biz isə öz növbəmizdə, əgər iştirakçılar tərəfindən maraq olarsa, prosesə yardım göstərməyə hazırıq”, – deyə S.Lavrov əlavə edib.