“BRICS ölkələrinin vahid valyutasının yaradılması məsələsi hələ nəzərdən keçirilmir, hələ bunun vaxtı deyil”.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələrinin media rəhbərləri ilə görüşündə deyib.
“BRICS-in vahid valyutasına gəlincə, hazırda biz bu məsələni nəzərdən keçirmirik, hələ bunun vaxtı da deyil. Çox diqqətli olmalıyıq, burada biz tədricən, tələsmədən hərəkət etməliyik”, – Rusiya lideri qeyd edib.