İraqın paytaxtı Bağdadda izdiham Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin baş ofisinə hücum edib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində etirazçılar agentliyin binasını dağıdıb və yandırıblar.
Hücum edən şəxsləri hiddətləndirən telekanalın efirində yayımlanan süjetdə Qasım Süleymani, İsmayıl Haniyə və İranın “Müqavimət oxu”nun aparıcı simalarının terrorçu adlandırılması olub.
Qeyd olunub ki, polis binanın qarşısında maneələr qursa da, izdiham onu yararaq binaya daxil ola bilib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir.