Boşandığı arvadının evinin zirzəmisinə girdi, siqaret çəkdi – Cəzalandırıldı

Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqaret çəkən şəxsə cəza verilib.

“Qaynarinfo”nun məlumatına görə, 1986-cı ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuş M.N. adlı şəxs boşandığı həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı Ağstafa rayonunun Həsənsu kəndindəki evinə gedib. Məqsədi ailəsini bərpa etmək və uşağını görmək olub.

Səhər saat 05:00-də o, boşandığı həyat yoldaşı E.M.-nin yaşadığı evə gedib, qapını döyməyə başlayıb. Lakin E.M. həyətə quraşdırdığı kameradan onu gördüyü üçün qapını açmayıb. Sonra M.N. boşandığı həyat yoldaşının razılığı olmadan evin həyətinə, oradan isə kiçik nəfəslikdən evin altındakı zirzəmiyə daxil olub. Günorta saat 11-12 radələrinədək zirzəmidə qalıb, orada siqaret çəkib. E.M. onun zirzəmidə olduğundan xəbər tutaraq, polisə şikayət edib.

Məhkəmənin qərarı ilə M.N. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib və 350 saat ictimai işlər cəzasına məhkum edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More