Böyük britaniyalı pilot Lando Norris (“McLaren”) “Formula-1” üzrə ABŞ Qran-prisinin təsnifat yarışında lider olub.
Oxu.Az kommersant-a istinadən xəbər verir ki, o, məsafəni 1 dəqiqə 32,3 saniyəyə qət edib.
Maks Ferstappen (“Red Bull”) və Karlos Sayns (“Ferrari”) ikinci və üçüncü yerləri tutublar. Təsnifat mərhələsi britaniyalı Corc Rasselin (“Mercedes”) qəzası səbəbindən erkən başa çatıb. Yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemilton (“Mercedes”) təsnifat mərhələsinin ikinci seqmentinə vəsiqə qazana bilməyib.
ABŞ Qran-prisi bu gün, oktyabrın 20-də baş tutacaq. Çempionata Maks Ferstappen (331 xal), Lando Norris (279) və Çarlz Lekler (245) üçlüyü başçılıq edir.