Vilnüs polisi Litva Müdafiə Nazirliyinin binasında yanğın törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxsi saxlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Diena” portalı hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan kişi özünü nalayiq şəkildə aparıb.
Litva Müdafiə Nazirliyinin binasının birinci mərtəbəsində yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, istifadə olunmayan taxta giriş qapısı yandırılıb. Səhər saatlarında yanğın tamamilə söndürülüb. Hadisə ilə bağlı ibtidai istintaqa başlanılıb.