Mahir Emreli “Nürnberq”də qol hesabını açıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında qol hesabını açıb.

“Report”un məlumatına görə, qarşılaşma II Bundesliqanın IX turuna təsadüf edib.

Səfərdə “Qroyter Fürt” klubunun qonağı olan “Nürnberq”in heyətində ilk qolu 13-cü dəqiqədə Mahir Emreli vurub.

Hazırda davam edən qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More