Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 20 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmiş Zəngilan şəhərinin “Böyük Qayıdış” proqramı çərçivəsində bərpasının əsas mərhələlərini əks etdirən videoçarx hazırlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə komitə məlumat yayıb.
Videoçarxda şəhərin müasir şəhərsalma prinsipləri nəzərə alınmaqla, baş plana uyğun olaraq necə inkişaf etdirilməsi göstərilir. Bu proqram çərçivəsində Zəngilanın davamlı dirçəlişini təmin edən ekoloji həllər, innovativ texnologiyalar və rahat şəhər mühitinin yaradılmasına xüsusi diqqət yetirilir.
Layihə işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpasının nümunəsi olaraq, Azərbaycanın davamlı inkişafa və tarixi torpaqların dirçəldilməsinə sadiqliyini təsdiqləyən və gələcəkdə azad edilmiş torpaqları gözləyən firavanlığın rəmzidir.