“Liverpul” “Çelsi”ni məğlub edərək, Premyer Liqada birinci yerə qayıtdı

İngiltərə Premyer Liqasının 8-ci turunda “Liverpul” və “Çelsi” komandalarının qarşılaşdığı oyun başa çatıb.

Oxu.Az xəbər verir ki, komandalar Liverpuldakı (İngiltərə) “Enfild” stadionunda qarşılaşıblar. Görüşü Con Bruksun (Lester) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayıb. “Liverpul” 2:1 hesabı ilə qalib gəlib.

“Liverpul”un hücumçusu Məhəmməd Salah 29-cu dəqiqədə penalti ilə fərqlənib. 48-ci dəqiqədə yarımmüdafiəçi Moyses Kaysedonun köməkliyi ilə “Çelsi”nin hücumçusu Nikolas Cekson hesabı bərabərləşdirib. 51-ci dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Körtis Cons Salahın ötürməsi ilə komandasını önə keçirib.

Bu qələbədən sonra xallarını 21-ə çatdıran “Liverpul” Premyer Liqanın turnir cədvəlində birinci yerdədir. “Çelsi”nin isə 14 xalı var və altıncı yerdədir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More