İsrailin xarici işlər naziri İsrael Kats Parisin İsrail şirkətlərinin “Euronaval” beynəlxalq hərbi dəniz sərgisində iştirak imkanını faktiki olaraq məhdudlaşdırmasından sonra nazirliyə Fransa Prezidenti Emmanuel Makronun addımlarına qarşı hüquqi və diplomatik tədbirlər görməyi tapşırdığını bildirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, Katsın bu açıqlamaları İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən yayımlanıb.
“Mən XİN-ə Fransa Prezidenti Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək “Euronaval” sərgisində məhsullarını təqdim etməsinə mane olmaq qərarına qarşı qanuni və diplomatik tədbirlər görməyi tapşırmışam. İsrail şirkətlərinə qəbuledilməz şərtlər irəli sürülərək təkrar boykot tətbiq edilməsi antidemokratik addımdır və bu, bizim üçün qəbuledilməzdir” , – deyə Kats vurğulayıb.
Nazir Makronu bu praktikaya son qoymağa çağırıb:
“Fransa bütün Qərb dünyası kimi, bizə qarşı deyil, bizimlə birlikdə olmalıdır” , – o əlavə edib.