Azərbaycan Premyer Liqasında mövsümün ikinci məhsuldarlığı qeydə alınıb

Azərbaycan Premyer Liqasının X turunda komandalar ümumilikdə 18 dəfə fərqləniblər. Bu isə mövsümün ikinci məhsuldar turu olub

Oxu.Az xəbər verir ki, “Sumqayıt” – “Turan Tovuz” oyununda altı (2:4), “Kəpəz” – “Qarabağ” matçında beş (0:5), “Neftçi” – “Səbail” görüşündə dörd (3:1) qol qeydə alınıb.

Digər iki qarşılaşmada isə məhsuldarlıq aşağı olub. “Zirə” – “Sabah” oyunu 1:1 hesabı ilə bitibsə, “Şamaxı” – “Araz-Naxçıvan” görüşündə yeganə topa qonaq komanda imza atıb.

Beş oyununda 18 qolun vurulduğu turda orta məhsuldarlıq 3.60-a bərabər olub. Bu, mövsümün ikinci göstəricisidir. Yalnız VIII turda daha çox qol vurulub (19).

Qeyd edək ki, mövsümdə 4-cü dəfə orta məhsuldarlığın 3-dən yuxarı olması qeydə alınıb. Bu rəqəm VIII turda 3.80, VII turda 3.40, ilk oyun həftəsində 3.20 olub.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More