Dortmund “Borussiya”sı casusluqdan ehtiyat etdiyi üçün Çempionlar Liqasının “Real”la matçının əsas mərhələsindən əvvəl Madriddə məşq etməkdən imtina edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Almaniya klubunun baş məşqçisi Nuri Şahin “Santyaqo Bernabeu” stadionunda gizlənərək, “Real”ın “Borussiya”nın taktiki hazırlığını müşahidə edən casuslarından ehtiyat edir. Bununla əlaqədar Dortmund komandasının futbolçuları oyunöncəsi son məşqini öz bazalarında keçirəcək, daha sonra təyyarə ilə Madridə uçacaqlar.
Qeyd edək ki, “Real” – “Borussiya” görüşü oktyabrın 22-də baş tutacaq və oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Turnirdə “Borussiya” iki qələbə qazanıb, kral klubunun aktivində isə bir qələbə və bir məğlubiyyət var.