Ötən gündən başlayan intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında problem yaşanıb.
Bu barədə Baku.ws-in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilib ki, akademiyanın dəhlizində yağış suları tavandan axmağa başlayıb.
ADRA-dan deyildi ki, indiyə qədər belə hal baş verməmişdi.
“Bugünkü məsələ ilə bağlı araşdırma aparılacaq. Baş verənlərin səbəbi araşdırmalardan sonra açıqlanacaq”, – deyə bildirilib.
Həmin görüntüləri təqdim edirik: