Minatəmizləyənlərin güzəştli şərtlərlə pensiyaya çıxması təmin edilsin – TƏKLİF

“Prezident İlham Əliyev Azərbaycan ərazilərindən minaların təmizlənməsi üçün 25 milyard dollar və 30 il vaxt lazım olduğunu deyib. Bu fakt həm də minatəmizləyənlərin də nə qədər məsuliyyətli və şərəfli işlə məşğul olduqlarını deməyə əsas verir”.

Oxu.Az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat minatəmizləyənlərlə bağlı parlamentə təkliflər irəli sürüb:

“Minatəmizləyənlərin sosial təminatının gücləndirilməsi əsas məsələlərdən biridir. Minatəmizləyənlərin kifayət qədər məsuliyyətli və şərəfli işlə məşğul olduqlarını nəzərə alaraq, onların güzəştli ipoteka şərtlərindən istifadə etməsinə şərait yaradılmasını təklif edirəm. Eyni zamanda, nəzərə alsaq ki, minatəmizləyənlərin fəaliyyəti kifayət qədər risklidir, ona görə də təklif edirəm ki, əmək pensiyaları haqqında qanuna uyğun olaraq onların güzəştli şərtlərlə pensiyaya çıxması təmin edilsin”.

Mərahim Nəsib

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More